Menyu

Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb

Operativ Media
Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb
1 dəq oxu

Özbəkistanda şahmat üzrə “UzChess Cup” adlı ənənəvi beynəlxalq turnirə start verilib.

Şahmat Federasiyasından Operativ Media-ya bildirilib ki, ən güclülərin yarışdığı “Masters” bölümündə Azərbaycanı milli komandanın üzvü Şəhriyar Məmmədyarov təmsil edir. I turda təmsilçimiz Hindistan şahmatçısı Vidit Santoş Qucratiyə qalib gələrək yarışda ilk xalını qazanıb.

Qeyd edək ki, turnirin “Challenge” bölməsində ölkəmizin iki şahmatçısı – Eltac Səfərli və Məhəmməd Muradlı da çıxış edir. Onların yarışında ilk turun partiyaları bu gün oynanılacaq.

Altı ölkənin qatıldığı beynəlxalq turnirə iyunun 15-də yekun vurulacaq.

Əlaqəli Xəbərlər