Menyu

Həftəsonu 73 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Operativ Media
Həftəsonu 73 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 6-da və 7-də ümumi çəkisi 73 kiloqramdan artıq narkotik vasitə və 5688 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.

Operativ Media xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, yabanı halda bitmiş 7440 ədəd çətənə kolu isə aşkar edilərək məhv edilib.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər