Azərbaycan Kubokunun qalibləri bəlli oldu
Operativ Media
Azərbaycan Atıcılıq Federasiyası (AAF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən stend atıcılığı üzrə ölkə kubokunun qalibləri müəyyənləşib.
Operativ Media xəbər verir ki, yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən idmançılar stend atıcılığının səngər və dairəvi stend növləri üzrə böyüklər və U-21 yaş kateqoriyalarında qüvvələrini sınayıblar.
Ümumi kateqoriya
Səngər stendi
Ramil Rüstəmzadə
Mürtəza Novruzlu
Tamerlan Məmmədov
Dairəvi stend
Riqina Meftahətdinova
Niyaz Ağazadə
Fuad Qurbanov
U-21
Səngər stendi
Mürtəza Novruzlu
Cəlal Məmmədov
Nərmin Cəfərova
Dairəvi stend
Məhəmməd Teyublu
İslam Əjdərov
Aslan Qurbanov
Qeyd edək ki, Azərbaycan Kuboku Bakı Atıcılıq Mərkəzində təşkil olunub.