Menyu

"Sabah"ın sabiq baş məşqçisi Rusiya klubundan ayrıldı

Operativ Media
"Sabah"ın sabiq baş məşqçisi Rusiya klubundan ayrıldı

"Ural"ın baş məşqçisi Vasili Berezutski klubu tərk edib.

Operativ Media xəbər verir ki, bu barədə Yekaterinburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Mütəxəssisin müqavilə müddəti başa çatıb və tərəflər əməkdaşlığı uzatmamaq qərarına gəliblər. Vasili Vladimiroviçə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq", – deyə klubun bəyanatında bildirilir.

43 yaşlı Berezutski 2025-ci ilin dekabrında "Ural"ın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 15 oyun keçirib, bu qarşılaşmalarda 6 qələbə qazanıb, 2 heç-heçə edib və 7 dəfə məğlub olub.

"Ural" Rusiya Birinci Liqasının turnir cədvəlini üçüncü pillədə başa vurub. Premyer Liqaya vəsiqə uğrunda keçirilən pley-off (keçid) matçlarında isə Yekaterinburq təmsilçisi Mahaçqala "Dinamo"suna uduzub (0:1; 0:2).

Əlaqəli Xəbərlər