Menyu

Bu ay iki gün qısa iş günü olacaq?

Operativ Media
Bu ay iki gün qısa iş günü olacaq?

Xəbər verdiyimiz kimi, bu ay iki dəfə, hər biri 3 gün olmaqla ardıcıl qeyri-iş günləri olacaq.

Operativ Media xəbər verir ki, iş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 15-i Milli Qurtuluş Günü, 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

Bu il 15 iyun həftənin birinci gününə (bazar ertəsi), 26 iyun isə həftənin 5-ci (cümə) gününə təsadüf edəcək.

Beləliklə, bu ay 13, 14, 15 və 26, 27, 28 iyun tarixlərində ardıcıl qeyri-iş günləri olacaq.

Azərbaycanda Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günləri və ümumxalq hüzn günü ərəfəsində iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

14 iyun tarixi həftənin bazar yəni istirahət gününə təsadüf edir. Həftənin son iş günü isə 12 iyundur.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən verilən məlumata görə, qeyd olunanlara əsasən, 12 iyun (həftənin son iş günü) tarixi qısaldılmış iş günü hesab edilmir, çünki həmin tarix bayram günü ərəfəsində olan iş günü deyil.

25 iyun tarixi isə bayram günü ərəfəsinə təsadüf etdiyindən qısaldılmış iş günü hesab olunur.

Əlaqəli Xəbərlər