Ana səhifə / İdman / "Şəfa" yeni transferini açıqladı "Şəfa" yeni transferini açıqladı 09.06.2026, 12:00 Operativ Media “Şəfa” növbəti transferini reallaşdırıb.Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.Klub qapıçı Nicat Mehbalıyevi heyətinə qatıb. Onunla 1 illik müqavilə imzalanıb.Nicat Mehbalıyev son olaraq “Sabah”ın formasını geyinib və ötən mövsüm Misli Premyer Liqasının və Bizon Azərbaycan kubokunun qalibi olub.25 yaşlı qolkiper karyerası ərzində “Qarabağ”ın da üzvü olub. O, müxtəlif vaxtlarda icarə əsasında “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib.