Menyu

Vüqar Gülməmmədov: 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində ikili uçot halına rast gəlinməyib

Operativ Media
Vüqar Gülməmmədov: 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində ikili uçot halına rast gəlinməyib

Hesablama Palatası "Büdcə sistemi haqqında" Qanunun 20.6-cı maddəsinə əsasən qanun layihəsinə daxil edilmiş göstəricilərin maddələr üzrə təhlilini aparılıb, bu göstəricilərin tamlığının və düzgünlüyünün qiymətləndirilməsinə çalışılıb. Təqdim olunan qanun layihəsi üç maddədən ibarətdir. Burada gəlir və xərclərin icrası üzrə ümumi məbləğ, gəlirin mədaxil mənbəyi üzrə icra məbləği, manatın məzənnəsinin dəyişməsindən yaranan qazanc, funksional təsnifatın bölmə və köməkçi bölmə səviyyəsində xərclərin icra məbləği, dövlət büdcəsinin profitsiti və cari ilin 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı əks etdirilib.

Operativ Media xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 9-da keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib.

O bildirib ki, aparılmış təhlillər qanun layihəsində əks etdirilmiş dövlət büdcə gəlirlərinin və xərclərinin əsasən düzgün olduğunu deməyə əsas verib.

“Dövlət büdcə gəlirlərinin icrasını təmin edən qurumların təqdim etdiyi hesabatlar əsasında 2025-ci ildə 37,7 milyard manat təhlillə əhatə olunub. Bu da dövlət büdcəsinin ümumi gəlirlərinin 96,2 faizinə bərabədir. Hesabatlardakı müvafiq icra göstəricilərinin dövlət büdcəsinin icrasına dair illik hesabatda əks etdirilmiş göstəricilərlə uyğunluq təşkil etdiyi müəyyən edilib. Analitik prosedurların nəticələrinə əsasən, 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində ikili uçot halına rast gəlinməyib”, - deyə Vüqar Gülməmmədov qeyd edib.

Əlaqəli Xəbərlər