Menyu

Kiran Tripyer karyerasını “Vulverhempton”da davam etdirəcək

Operativ Media
Kiran Tripyer karyerasını “Vulverhempton”da davam etdirəcək

İngiltərə millisinin sabiq müdafiəçisi Kiran Tripyer karyerasını “Vulverhempton”da davam etdirəcək.

Operativ Media xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti açıqlama yayıb.

Bildirilib ki, 35 yaşlı futbolçu ilə rəsmi müqavilə imzalanıb.

Təcrübəli müdafiəçinin sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Tripyerin “Nyukasl”la hazırkı müqaviləsi bu ayın sonunda başa çatacaq. Bundan sonra o, azad agent kimi “Vulverhempton”a qoşulacaq.

Qeyd edək ki, “Vulverhempton” 2025/2026 mövsümünün yekununda Premyer Liqanı tərk edərək Çempionşipə düşüb.


Əlaqəli Xəbərlər