Ana səhifə / İdman / Azərbaycan avarçəkənləri Dünya Kubokunda yarışacaq Azərbaycan avarçəkənləri Dünya Kubokunda yarışacaq 09.06.2026, 15:35 Operativ Media 12–14 iyun tarixlərində Bolqarıstanın Plovdiv şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun ikinci mərhələsi keçiriləcək. Operativ Media xəbər verir ki, Plovdivdə baş tutacaq yarışda ölkəmizi Azərbaycan Su İdman Növləri Federasiyasının iki idmançısı təmsil edəcək. Ziya Məmmədzadə və Nurlan Paşayev Dünya Kubokunda medallar uğrunda mübarizə aparacaqlar. Hər iki avarçəkən turnirdə yüngül çəkidə yarışacaq.
09.06.2026, 17:04 AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir