RİNN-də “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
Operativ Media
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “TikTok” platformasının nümayəndələri ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Görüşdə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları, o cümlədən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində “TikTok”un potensial iştirakı müzakirə olunub.
Tərəflər rəqəmsal savadlılığın artırılması, təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi, yerli rəqəmsal startapların təşviqi, eləcə də uşaqların sosial media platformalarına çıxışı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər barədə fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması və innovasiya ekosisteminin dəstəklənməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.