Çövkən üzrə II Dünya Çempionatında Nigeriya millisi Türkiyəni məğlub edib
Operativ Media
Bakıda keçirilən Çövkən üzrə II Dünya Çempionatında növbəti oyun baş tutub.
Bu barədə Operativ Media-ya Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Qarşılaşmada Nigeriya və Türkiyə milli komandaları üz-üzə gəliblər. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən görüş Nigeriya yığmasının qələbəsi ilə yekunlaşıb.
Rəqib qapısından 6 top keçirən Nigeriya millisi Türkiyə komandasını 6:1 hesabı ilə məğlub edərək növbəti qələbəsini qazanıb.