Ana səhifə / Ölkə / Sabunçuda açıq ərazidə yanğın baş verib Sabunçuda açıq ərazidə yanğın baş verib 09.06.2026, 19:25 Operativ Media Bakının Sabunçu rayonunda açıq ərazidə yanğın baş verib. Bu barədə Operativ Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, hadisə ilə bağlı nazirliyin "112" qaynar telefon xəttinə Sabunçu qəsəbəsində açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
09.06.2026, 19:44 İlham Əliyev qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması ilə bağlı fərman imzalayıb