"Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-yə çevrilib
Operativ Media
İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.
Operativ Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Prezidentin müvafiq fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilən qərara görə, fondun əvvəlki statusu ləğv edilərək siyahıya “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyəti kimi daxil edilib.