Menyu

Futzal üzrə Azərbaycan millisinin püşkatmadakı səbəti bəlli olub

Operativ Media
Futzal üzrə Azərbaycan millisinin püşkatmadakı səbəti bəlli olub

İyunun 19-da futzal üzrə 2028-ci il dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılacaq.

Azərbaycan Futzal Federasiyasından Operativ Media-ya verilən məlumata görə, 36 komanda hər birində 12 milli olmaqla, 3 səbətə bölünüb. Püşkdən sonra hər qrupda 3 komanda yer alacaq və onlar ev-səfər prinsipi ilə qarşılaşacaqlar. Azərbaycan seçməsi 2-ci səbətdə yer alıb. Bu mərhələdə komandanın rəqibləri arasında Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, və Almaniya yığmaları olmayacaq.

12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq.

UEFA İcraiyyə Komitəsinin qərarı ilə 1-ci səbətdə yer alan Ermənistan Azərbaycanla rəqib ola bilməz. Rusiya yığması ilə bağlı cəza sanksiyası isə davam edir.

1-ci səbət

Portuqaliya, İspaniya, Qazaxıstan, Ukrayna, Fransa, Xorvatiya, İtaliya, Ermənistan, Sloveniya, Çexiya, Polşa, Niderland.

2-ci səbət

Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya, Azərbaycan.

3-cü səbət

Latviya, İsveç, Şimali Makedoniya, Kosova, Andorra, Monteneqro, Norveç, Litva, Danimarka, Albaniya, Estoniya, Şimali İrlandiya.

Əsas mərhələ

Qrup oyunlarının tarixləri

12-21 oktyabr 2026

2-11 noyabr 2026

6-9 dekabr 2026

22 fevral – 3 mart 2027

Pley-off mərhələsinin püşkatması: 3 mart 2027

Pley-off oyunlarının keçirilmə tarixi: 12-21 aprel 2027

Elit-raund mərhələsi

Elit-raundun püşkatma mərasimi: 20 may 2027

Qrup oyunlarının təqvimi

6-15 sentyabr 2027

11-20 oktyabr 2027

13-22 dekabr 2027

Elit-raund pley-off oyunlarının püşkatması: 20 yanvar 2028

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Əlaqəli Xəbərlər