Menyu

Almaniya yığması Ekvador oyununa gedəcək azarkeşlərin yol xərcini ödəyəcək

Operativ Media
Almaniya yığması Ekvador oyununa gedəcək azarkeşlərin yol xərcini ödəyəcək

Almaniya yığması azarkeşlərinə dünya çempionatının qrup mərhələsinin Ekvadora qarşı keçiriləcək son oyununa pulsuz gediş-gəliş təklif edib.

Operativ Media xəbər verir ki, bu haqda "The Athletic" nəşri məlumat yayıb.

Qarşılaşma iyunun 25-də İst-Raterfordda yerləşən "Metlayf-stadium"da baş tutacaq. Bu səbəbdən qatarla gediş-dönüş biletinin qiyməti azarkeşlərə normalda 14,9 dollar olduğu halda, 98 dollara başa gələcək. Almaniya Futbol İttifaqı və yığmanın futbolçuları baha olan təyyarə biletləri və otel xərclərini ödəməkdə çətinlik çəkən azarkeşlərinə dəstək olmaq qərarına gəliblər.

Bununla bağlı bazar ertəsi günü Almaniya millisinin rəsmi qeydiyyatdan keçmiş azarkeş qruplarının üzvlərinə stadionadək olan yol xərclərinin qarşılanacağı barədə elektron məktublar göndərilib.

Məktubda bu fikirlər yer alıb: "Turnirin uğurlu və unudulmaz keçməsi üçün həm meydanda, həm də ondan kənarda bütün gücümüzü ortaya qoyacağıq. Sizin dəstəyiniz bizim üçün çox önəmlidir. Xüsusilə maddi baxımdan hansı fədakarlıqlara qatlaşdığınızı çox yaxşı anlayırıq. Buna görə də biz, komanda olaraq, sizə təşəkkür etmək və iyunun 25-də Ekvadora qarşı keçiriləcək oyunun çətin gediş-gəliş prosesində köməklik göstərmək istəyirik".

Təşkil olunacaq xüsusi avtobusların 4000 azarkeşi tutmaq imkanı olacaq. Bu təklifdən yararlanmaq istəyənlərdən qeydiyyatdan keçmək xahiş olunub.

Əlaqəli Xəbərlər