Menyu

"Mançester Siti" Pedro Porronu geri qaytarmaq istəyir

Operativ Media
"Mançester Siti" Pedro Porronu geri qaytarmaq istəyir
1 dəq oxu

"Mançester Siti" "Tottenhem"in müdafiəçisi Pedro Porronu geri qaytarmaqda maraqlıdır.

Operativ Media xəbər verir ki,  bu haqda "The Athletic" nəşri məlumat yayıb. 

​Mənbənin bildirdiyinə görə, "Siti" rəhbərliyi komandaya yeni sağ cinah müdafiəçisi axtarır. Hazırda 26 yaşı olan ispaniyalı futbolçu 2019–2022-ci illərdə də "Mançester Siti"nin heyətində yer alsa da, özünü göstərə bilməyərək "Sportinq"ə keçmişdi. Lakin o, 2023-cü ildən bəri Premyer Liqada "Tottenhem"in start heyətinin daimi oyunçusuna çevrilib.

​Porronun "Tottenhem" ilə müqavilə müddəti 30 iyun 2028-ci ilə qədərdir.

​Müdafiəçi 2025/26 mövsümündə keçirdiyi 47 oyunda iki qol vurub və altı məhsuldar ötürmə edib.

​"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 35 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər