Menyu

"Mançester Yunayted" "Lids"in qapıçısını istəyir

Operativ Media
"Mançester Yunayted" "Lids"in qapıçısını istəyir

"Mançester Yunayted" 2026-cı ilin yayında "Lids"in qapıçısı Karl Darlounu azad agent statusu ilə heyətinə qatmağı planlaşdırır.

Operativ Media xəbər verir ki,  bu haqda "The Athletic" nəşri məlumat yayıb  

​Mənbənin bildirdiyinə görə, "Lids" 35 yaşlı uelsli qolkiperlə müqavilə müddətini uzatmağa çalışır. Digər tərəfdən, Altay Bayındırın komandadan ayrılacağı gözlənildiyi üçün "Yunayted" rəhbərliyi əsas qapıçı Senne Lammensi sığortalaya biləcək təcrübəli ehtiyat qapıçı axtarışındadır.

​2023-cü ilin iyulundan bəri "Lids"in uğurları üçün çalışan Darlounun hazırkı klubu ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

​Qolkiper 2025/26 mövsümündə meydana çıxdığı 24 matçda qapısından 29 qol buraxıb, 5 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.

​"Transfermarkt" portalı oyunçunun transfer dəyərini 200 min avro qiymətləndirir.

Əlaqəli Xəbərlər