Azərbaycan millisi iki pillə gerilədi
Operativ Media
FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Operativ Media xəbər verir ki, Azərbaycan kişilərdən ibarət milli komandası siyahıda 2 pillə geriləyib.
Ötən ay reyntinqdə 124-cü olan Ayxan Abbasovun komandası indi 126-cı yeri tutur (1132.00 xal). Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Litva millisi 149-cu (1056.85), Lixtentşteyn isə 206-cu yeri tutur (797.70).
Reytinqə əvvəlkitək son dünya çempionu Argentina millisi (1877.27) başçılıq edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net