Xəyal Əliyev əməliyyat olunub
Operativ Media
"Sabah"ın futbolçusu Xəyal Əliyev əməliyyat olunub.
Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən cərrahi əməliyyat keçirib.
Madrid şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb.
"Futbolçumuza şəfa diləyir, tezliklə yaşıl meydanlara qayıtmasını arzu edirik", - məlumatda qeyd edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net