Menyu

FİFA rəsmisi İran Futbol Federasiyasının nümayəndələri ilə görüş keçirib

Operativ Media
FİFA rəsmisi İran Futbol Federasiyasının nümayəndələri ilə görüş keçirib

FIFA-nın baş katibi Mattias Qrafströmün rəhbərlik etdiyi nümayəndə heyəti DÇ-2026-nın startı ərəfəsində İran Futbol Federasiyasının prezidenti və baş katibi ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

"Görüş müsbət və konstruktiv şəraitdə keçib. Həm FIFA, həm də İran Futbol Federasiyası gələcək əməkdaşlığa sadiq olduqlarını təsdiqləyiblər. Səylər bundan sonra da həllini tapmamış məsələlərin tənzimlənməsinə, həmçinin İran millisinin turnirdə təhlükəsiz, maneəsiz və mümkün olan ən yaxşı şəraitdə iştirakının təmin edilməsinə yönəldiləcək", — deyə təşkilatın mətbuat xidmətinin bəyanatında bildirilir.

İran yığması DÇ-2026-nın G qrupunda Yeni Zelandiya, Belçika və Misir komandaları ilə qarşılaşacaq. Komanda qrup mərhələsinin oyunlarını ABŞ-ın Los-Anceles və Sietl şəhərlərində keçirəcək.

Əlaqəli Xəbərlər