Ağdaşda yük avtomobilini ildırım vurub
Operativ Media
Ağdaş rayonunda yük avtomobili ildırım vurması nəticəsində yanıb.
Oprativ Media xəbər verir ki, hadisə iyunun 11-də gecə saatlarında Ağdaş rayonunun Ləki kəndində baş verib.
Məlumata görə, Nurlan Allahverdiyevin idarə etdiyi “DAF” markalı yük avtomobilinə ildırım düşüb.
Nəticədə nəqliyyat vasitəsində yanğın baş verib.
Hadisə zamanı avtomobilin yanar konstruksiyaları, eləcə də yük hissəsində yerləşən soyuducu qurğular yanaraq yararsız vəziyyətə düşüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net