Menyu

Braziliya millisinin sabiq müdafiəçisi vəfat edib

Operativ Media
Braziliya millisinin sabiq müdafiəçisi vəfat edib

Braziliya millisinin heyətində 1970-ci il dünya çempionatının qalibi olmuş sabiq müdafiəçi Brito 86 yaşında vəfat edib.

Operativ Media xəbər verir ki, Braziliya Futbol Konfederasiyası Britonun iyunun 11-də dünyasını dəyişdiyini açıqlayıb. AP agentliyinin məlumatına görə, ölümün digər təfərrüatları barədə məlumat verilməyib.

Brito 1964-1972-ci illər aralığında milli komandanın heyətində 61 oyun keçirib.

"Brito Braziliya futbolu tarixinin ən böyük müdafiəçilərindən biri kimi aramızdan ayrıldı. Onun 1970-ci il dünya çempionatındakı qələbəyə verdiyi töhfə hər birimizin yaddaşında əbədi qalacaq", - deyə qurumun bəyanatında qeyd olunub.

Sabiq müdafiəçi həmçinin Braziliya yığmasının heyətində 1971-ci ildə Roka Kubokunun, 1972-ci ildə isə Müstəqillik Kubokunun qalibi olub.

Qeyd edək ki, Braziliya millisi DÇ-2026-dakı ilk oyununu iyunun 14-də Mərakeşə qarşı keçirəcək.

Əlaqəli Xəbərlər