Menyu

ABŞ rəsmisi somalili hakimin ölkəyə buraxılmamasını müdafiə etdi

Operativ Media
ABŞ rəsmisi somalili hakimin ölkəyə buraxılmamasını müdafiə etdi

ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mallin somalili futbol hakimi Omar Artanın ölkəyə girişinə qoyulan qadağanı dəstəkləyib.

Operativ Media ​xəbər verir ki, Artan iyunun 8-də Mayami beynəlxalq hava limanına gəlsə də, onun ABŞ-yə girişinə icazə verilməyib. Referi dünya çempionatının oyunlarını idarə etməli idi.

​"Biz cinayət keçmişi olan və ya cinayətkar dairələrlə əlaqəsi ehtimal edilən şəxslərin bu ölkəyə daxil olmasına icazə verməyəcəyik. Bu konkret şəxsə hansı səbəbdən imtina edildiyinin təfərrüatlarına varmayacağam, lakin bunun bir səbəbi var. İndi solçu media bizim Somaliyə qarşı olduğumuzu əsas gətirərək bu adamın qurban olduğunu yazır. Xeyr, bu belə deyil", - deyə Mallin qeyd edib. 

Əlaqəli Xəbərlər