Menyu

Sabah hava necə olacaq? - PROQNOZ

Operativ Media
Sabah hava necə olacaq? - PROQNOZ

İyunun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinindən Operativ Media-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-30° isti olacaq.

Əlaqəli Xəbərlər