Azərbaycan və Pakistan arasında investisiya imkanları müzakirə edilib
Şəfa Hüseynli
Azərbaycanda işgüzar səfərdə olan Pakistanın Okara Ticarət və Sənaye Palatasının sədri Şahzad Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) səmərəli görüş keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyası məlumat yayıb.
Qeyd edilib ki, görüş zamanı düyü, ədviyyat və kağız istehsalçıları olan qonaqlarla məhsulların Azərbaycana ixracı, eləcə də ölkəmizdəki investisiya imkanları barədə səmərəli müzakirələr aparılıb. Yaxın gələcəkdə bu əlaqələrin Anlaşma Memorandumu ilə rəsmiləşdirilməsi planlaşdırılıb.