“Şahdağ Qusar” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi qapıçı Elməddin Sultanovu heyətinə qatıb. Qolkiper növbəti mövsümü Qusar komandasının heyətində keçirəcək.
Qeyd edək ki, 25 yaşlı qapıçı “Qəbələ”nin yetirməsidir. Onun son klubu “Baku Sporting” olub.