Menyu

Boqdan Kurudz Avropa çempionu olub

Operativ Media
Boqdan Kurudz Avropa çempionu olub

Azərbaycan kanoeçisi Boqdan Kurudz Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Azərbaycan Su İdman Növləri Federasiyasından Operativ Media-ya verilən məlumata görə, o, Masters kateqoriyasında (35–39 yaş) birinci yeri tutub.

500 metr məsafəyə birnəfərlik kanoe qayığında mübarizə aparan Kurudz bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adına sahib çıxıb.

Qeyd edək ki, Boqdan Kurudz iyunun 13-də birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışacaq.

Əlaqəli Xəbərlər