Menyu

Bu gün 116 550 şagird məzun olur

Operativ Media
Bu gün 116 550 şagird məzun olur

Bu gün Azərbaycanda növbəti tədris ili başa çatır. Ölkənin bütün ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirilir.

Operativ Media xəbər verir ki, cari tədris ilində ölkə üzrə ümumilikdə 116 min 550 nəfər şagird 11-ci sinfi bitirərək məzun olur.

Məzunlardan 60 min 596 nəfəri oğlan, 55 min 954 nəfəri isə qız şagirdlərdir.

İşğaldan azad edilmiş ərazilərdə yerləşən ümumilikdə 25 ümumi təhsil müəssisəsində məzuniyyət tədbiri təşkil olunur.

Bu məktəblərin 11-də "Son zəng" tədbiri ilk dəfə keçirilir.

Azad olunmuş torpaqlarımızda ümumilikdə 171 nəfər məzun məktəblə vidalaşır.

Qeyd edək ki, tədbir səhər saat 08:00, 09:00 və ya 10:00-da başlamalı və ən geci 2 saat ərzində bitməlidir.




Əlaqəli Xəbərlər