Menyu

"Frayburq" yaponiyalı hücumçu ilə gücləndi

Operativ Media
"Frayburq" yaponiyalı hücumçu ilə gücləndi

"Frayburq" "Anderlext"in hücumçusu Keisuke Qotonun keçidini elan edib.

Operativ Media ​xəbər verir ki, 21 yaşlı yaponiyalı futbolçu ilə imzalanan müqavilənin müddəti barədə məlumat verilmir. "Transfermarkt" portalı bu transferin dəyərini 10 milyon avro olaraq qiymətləndirib.

​Qoto 2025/26 mövsümünü icarə əsasında "Sent-Trüvden"də keçirib. Hücumçu meydana çıxdığı 40 matçda 13 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

​Yaponiya millisinin heyətində dörd oyun keçirən 21 yaşlı forvard yığmanın DÇ-2026 üçün təyin olunmuş heyətinə də daxil edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər