Menyu

Hacıqabulda günəş elektrik stansiyasının tikintisi üçün 320 hektar torpaq ayrılıb

Nərmin Qocamanlı
Hacıqabulda günəş elektrik stansiyasının tikintisi üçün 320 hektar torpaq ayrılıb

Nazirlər Kabineti Hacıqabul rayonunda yeni günəş elektrik stansiyasının tikilməsi barədə qərar qəbul edib.

Operativ Media xəbər verir ki, qərara əsasən, layihənin icrası üçün rayonda dövlət mülkiyyətində olan 320 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılıb və bu ərazi bərpa olunan enerji mənbəyi zonası elan edilib. Yeni qurulacaq stansiyanın ümumi qoyuluş gücü 160 MVt olacaq.

Qərardan irəli gələrək Energetika Nazirliyi həmin ərazidə fəaliyyət göstərəcək elektrik enerjisi istehsalçısının seçilməsini mövcud qaydalara uyğun olaraq təmin edəcək.

Stansiyanın tikintisinə icazə isə Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri əsasında müəyyən olunmuş müddətdə veriləcək.

Hacıqabul Rayon İcra Hakimiyyətinə tikintiyə icazə ilə bağlı vəziyyət barədə Nazirlər Kabinetinə qısa müddətdə məlumat vermək tapşırılıb

Qərarın icrasına nəzarət isə qurumun Aqrar və ekologiya şöbəsinə həvalə edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər