Menyu

“Grabstar”ın yeni filialı fəaliyyətə başlayıb

Operativ Media
“Grabstar”ın yeni filialı fəaliyyətə başlayıb

Bakının sevilən məkanlarından olan “Grabstar” şəbəkəsinin yeni filialı fəaliyyətə başlayıb.

Operativ Media xəbər verir ki, brendin sayca üçüncü filialı paytaxtın mühüm biznes mərkəzlərindən biri olan “Dəmirçi Tower”də müştərilərin istifadəsinə verilib.

Yeni filial da “Grabstar”ın ənənəvi xidmət konsepsiyasına sadiq qalaraq yüksək keyfiyyət standartlarını, zəngin menyu çeşidini və operativ xidməti özündə birləşdirir. Menyuda təbii və keyfiyyətli inqrediyentlərdən hazırlanan müxtəlif növ şirniyyatlar, qəlyanaltılar, salatlar və fərqli zövqlərə uyğun içkilər təqdim olunur.

Məkan daxili xidmətlə yanaşı, sürətli çatdırılma xidmətini də aktiv şəkildə davam etdirir. Müştərilər “Bolt Food” və “Wolt” mobil tətbiqləri vasitəsilə onlayn sifariş verərək məhsulları rahatlıqla əldə edə bilərlər.

Qeyd edək ki, hazırda şəbəkənin “28 May” və “Caspian Plaza” filialları da fəaliyyət göstərir. Qısa müddət ərzində paytaxt sakinlərinin rəğbətini qazanan “Grabstar” yeni filialı ilə daha geniş müştəri auditoriyasına xidmət göstərməyi hədəfləyir.

Əlaqəli Xəbərlər