Menyu

"Sabah" braziliyalı müdafiəçi ilə gücləndi

Operativ Media
"Sabah" braziliyalı müdafiəçi ilə gücləndi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Junior Erivaldo Almeyda bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. Almeyda Portuqaliyanın “Maritimu” klubundan transfer edilib. 

Mərkəz müdafiəçisi karyerası ərzində Braziliyanın “Novorizontino” (2020-2023), “Katanduva” (2021), “Votuporanguense” (2022), Portuqaliyanın “Eştrela Amadora” (2022-2023) və “Maritimu” (2024-2026) komandalarında oynayıb.

Əlaqəli Xəbərlər