Menyu

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb

Operativ Media
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb.

Bu barədə Operativ Media-ya Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyasi partiyalar xətti ilə əməkdaşlığın inkişafı məmnunluqla qeyd olunub.

Bakıda Şimali Kiprin Mədəniyyət Gününün keçirilməsinin əhəmiyyəti vurğulanıb. Bu təşəbbüsün reallaşdırılması son illərdə mədəni-humanitar sahədə artan qarşılıqlı əlaqələrin məntiqi davamı kimi qiymətləndirilib.

Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, Şimali Kiprin müşahidəçi statusunda təşkilatın fəaliyyətində fəal iştirakı vurğulanıb.

Tərəflər Azərbaycan ilə Şimali Kipr arasında müxtəlif sahələr üzrə əlaqələrin gələcək inkişaf imkanlarını müzakirə ediblər.

Əlaqəli Xəbərlər