Menyu

Ağdamda mağazaya ildırım düşüb - YENİLƏNİB

Operativ Media
Ağdamda mağazaya ildırım düşüb - YENİLƏNİB

Ağdam rayonunun Qaradağlı kəndində mağazaya ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb.

Operativ Media xəbər verir ki, yanğının yaxınlıqdakı evə keçməsinin qarşısı alınıb.

09:08

Ağdam rayonunda mağazaya düşən ildırım yanğına səbəb olub.

Operativ Media xəbər verir ki, hadisə səhər saatlarında rayonun Qaradağlı kəndində qeydə alınıb.

Məlumata görə, ildırım kənd sakini Fikrət Soltan oğlu İbadova məxsus mağazaya düşüb.

Nəticədə mağazada yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, həmçinin yanğınsöndürmə texnikaları cəlb olunub. 

Operativ müdaxilə nəticəsində alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hadisənin təfərrüatları və dəymiş ziyanın həcmi araşdırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər