Menyu

Binə qəsəbəsində açıq ərazidə yanğın baş verib

Operativ Media
Binə qəsəbəsində açıq ərazidə yanğın baş verib
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində açıq ərazidə 700kv.m. sahədə qamışlıq və kol-kos yanıb.

Ətraf ərazilər və kommunikasiya xəttləri yanğından mühafizə olunub.

Əlaqəli Xəbərlər