Menyu

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Operativ Media
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

17-22 iyun tarixlərində Honq Konqda şahmatın rapid və blits növü üzrə komandalar arasında dünya çempionatı keçiriləcək.

Operativ Media xəbər verir ki, Azərbaycanı yarışda “Odlar Yurdu” komandası təmsil edəcək.

“Odlar Yurdu” komandasına 8 şahmatçı dəvət olunub.

Bunlar Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Vüqar Manafov, Günay Məmmədzadə və Murad Həşimovdur. Rauf Məmmədov kapitan funksiyasını yerinə yetirəcək.

Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova dünya çempionatında baş hakimin müavini olacaq.

Qeyd edək ki, qaydalara əsasən heyətdə 5 kişi, 1 qadın və 1 həvəskar şahmatçı çıxış etməlidir.

Əlaqəli Xəbərlər