Menyu

"Sabah" Mbinanı komandada saxladı

Operativ Media
"Sabah" Mbinanı komandada saxladı
1 dəq oxu

"Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələnib. 

Operativ Media xəbər verir ki, 25 yaşlı hücumçunun icarəsi ilə bağlı Sloveniyanın "Maribor" klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.

Qabonlu oyunçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mbina bu ilin fevralından "Sabah"ın formasını geyinir. O, "bayquşlar"ın heyətində meydana çıxdığı 11 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər