04 Aprel 2023, 14:49
Vətəndaşın həbs-qətiimkan tədbirini ləğv etdirəcəyini bildirən şəxsin istintaqı yekunlaşıb
Vətəndaşın həbs-qətiimkan tədbirini ləğv etdirəcəyini bildirən şəxsin istintaqı yekunlaşıb şəkil
Vətəndaşın həbs-qətiimkan tədbirini ləğv etdirəcəyini bildirən şəxsin istintaqı yekunlaşıb

Həbs qətimkan tədbirinin ləğvinə kömək etmək adı ilə vətəndaşın pul vəsaitini ələ keçirməkdə təqsirləndirilən şəxs barəsində ibtidai istintaq tamamlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq zamanı Mirafiq Bəşirovun 2022-ci ilin mart ayında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında onunla birgə saxlanılan şəxsin yaxınlarına yüksək vəzifədə işləyən tanışları vasitəsilə onun həbsdən azad edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verməsinə, bu yolla da  həmin şəxsləri rüşvət verməyə təhrik etməklə 23.000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub.

 Mirafiq Bəşirova Cinayət Məcəlləsinin 32.4, 312.1 və (vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Son xəbərlər
Pənah Hüseyn AXP sədrliyindən istefa verdi
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək
"Əl-Hilal" Osimhenə illik 50 milyon avro təklif edib