Menyu

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolu 8 Noyabr prospekti ilə birləşəcək

Operativ Media
Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolu 8 Noyabr prospekti ilə birləşəcək

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolu gələcəkdə 8 Noyabr prospekti ilə birləşəcək.

Bu barədə Opeartiv Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, Abşeronun şimal-qərb hissəsini Bakının şərq və cənub-qərb istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər Əliyev prospektinə qədər əlaqələndirilməsi nəzərdə tutulur. Bu yol gələcəkdə 8 Noyabr prospekti ilə birləşəcək.

"İnşa ediləcək irimiqyaslı yol Mehdiabad və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək. Bu addım nəticəsində nəqliyyat axını daha balansı paylanılacaq. Xüsusilə Binəqədi, 20 yanvar, Ziya Bünyadov xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq. Bir çox nəqliyyat vasitəsi alternativ yollarla hərəkət edəcək. Ümumilikdə həyata keçirilən bu infrastruktur layihələri dairəvi yollarla birlikdə şəbəkə formalaşdıracaq və daha rahat alternativ marşrutlar yaranacaq", - AYNA-dan bildirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər