Menyu

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start görürəcək

Operativ Media
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start görürəcək

İyunun 18-də Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi təşkil olunacaq.

Federasiyadan Operativ Media-ya bildirilib ki, yarış Bakı bulvarında, Su İdman Növləri Federasiyasının qarşısında (“Suraxanı” gəmi-muzeyinin yaxınlığında) baş tutacaq.

Birincilikdə paytaxt Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən mübarizə aparacaq. Yarışlar üç yaş kateqoriyası üzrə (2008–2009, 2010–2011, 2012–2013) oğlan və qızlar arasında keçiriləcək. İştirakçılar akademik avarçəkmə və kanoe növündə birnəfərlik qayıqlarda, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda mübarizə aparacaqlar. Bütün növlərdə məsafə 500 metr olacaq.

Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər