Menyu

"Zirə" kapitanı ilə müqavilə müddətini uzatdı

Operativ Media
"Zirə" kapitanı ilə müqavilə müddətini uzatdı
1 dəq oxu

"Zirə" kapitanı, Azərbaycan millisinin üzvü Qismət Alıyevlə müqavilə müddətini uzadıb.

Operativ Media  xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Qismət Alıyev 2020-ci ildən "Zirə"də oynayır.

Xatırladaq ki, paytaxt təmsilçisi bunadək Eren Aydınla, Davit Volkov, Aydın Bayramov, Elçin Əlicanov və Enrike Kustodio ilə də müqaviləni uzadıb.

Əlaqəli Xəbərlər