Menyu

Suraxanı rayonunda silsilə oğurluq edən şəxs tutulub

Operativ Media
Suraxanı rayonunda silsilə oğurluq edən şəxs tutulub
1 dəq oxu
Suraxanı rayonunda “Toyota” markalı avtomobildən 1000 manat, evlərin birindən isə 1500 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə müraciətlər daxil olub. 

DİN Mətbuat Xidmətindən Operativ Media-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 37 yaşlı T.Ağalarov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun başqa bir şəxsə məxsus 2000 manat dəyərində motosikleti də oğurlayaraq satdığı məlum olub.

Faktlarla bağlı araşdırmalar aparılır.

Əlaqəli Xəbərlər