Bakının daha bir mərkəzi küçəsində hərəkət sxemi dəyişir - VİDEO
Operativ Media
Paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tıxacların qarşısının alınması məqsədilə növbəti layihə icra olunur.
Operativ Media AYNA-ya istinadən xəbər verir ki, yeni layihə Ə.Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsini əhatə edəcək.
Layihə çərçivəsində sözügedən ərazidə hərəkətin təşkilində mühüm dəyişikliklər nəzərdə tutulub. Belə ki, dəyişikliyə əsasən:
- Təbriz küçəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edən avtomobillər artıq Dəmirçizadə küçəsindən istifadə edə bilməyəcəklər.
- Sürücülər alternativ olaraq Koroğlu Rəhimov və Əhməd bəy Ağaoğlu küçələrinə çıxmaqla hərəkət istiqamətlərini davam etdirməli olacaqlar.
Layihənin icra prosesini əks etdirən videogörüntüləri təqdim edirik:
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net