Menyu

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Operativ Media
Tovuzda 22 yaşlı oğlan çayda batıb
1 dəq oxu

Tovuza qonaq gələn 22 yaşlı gəncin çayda batdığı ehtimal olunur.

Operativ Media xəbər verir ki, hadisə Tovuz çayının Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə 22 yaşlı Ağdam rayon sakini İlham Şirinov Bakı şəhərindən Tovuz rayonunun Dondar Quşçu kəndinə qohumları gilə qonaq gəlib.

Son günlər intensiv yağan yağışlara görə Tovuz çayında suyun səviyyəsi və axar sürəti artıb.

Gəncin batdığı ehtimal olunan əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər