Menyu

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır

Operativ Media
Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır

İşğaldan azad olunmuş ərazilərdə fermerlərə təklif olunan torpaqlarda minimal əkin sahəsi hədəfi qoymuşuq, bu, 5 hektardır. Beş hektardan kiçik təsərrüfatın yaradılmasına icazə verilmir. Ona görə də bəzən fermerlər torpaq sahələri az olduğundan birləşərək kooperativlər və ya ailə kəndli təsərrüfatları, fermer təsərrüfatları yaradırlar. Artıq müxtəlif kəndlərdə bir neçə həm kooperativlər, həm ailə kəndli fermer təsərrüfatları yaradılıb və onlara həmin torpaqlar təhkim olunur.

Operativ Media xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov AZƏRTAC, AzTV və ARB TV-yə məxsusi müsahibəsində söyləyib.

“Ağalını misal çəkə bilərəm, 32 fermer birləşərək üç kooperativ yaradıb. Onlara 51,6 hektar torpaq təhkim olunub və müqavilələr bağlanıb. Digər bütün kəndlərdə də bu istiqamətdə işlər aparılır”, - deyə nazir əlavə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər