Lionel Messi: Bütün arzularımı reallaşdırmaq mənə nəsib olub
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın Əlcəzairə qarşı oyunundakı qələbədən (3:0) sonra futboldan zövq aldığını bildirib.
Operativ Media xəbər verir ki, matçda het-trik edən 38 yaşlı argentinalı, Dünya çempionatları tarixinin ən məhsuldar oyunçusu Miroslav Klozeyə çataraq, bu göstəricidə onunla birgə birinci sıraya yüksəlib.
"Hazırda yaşadıqlarımın hər biri mənim üçün bir bonusdur. Həm peşəkar, həm də şəxsi həyatımda bütün arzularımı, hətta xəyal edə biləcəyimdən də artığını reallaşdırmaq mənə nəsib olub. İndi mən möhtəşəm bir komandanın tərkib hissəsi olmaqdan sadəcə zövq alıram, özümü yaxşı hiss edirəm və meydanda futboldan zövq ala bilirəm. Bu, uşaqlıqda təsəvvür edə biləcəyimdən qat-qat artıqdır", - deyə o, qeyd edib.
Bu qələbədən sonra 3 xal toplayan Argentina yığması J qrupunda birinci pilləyə yüksəlib. Əlcəzair komandası isə sonuncu yerdə qərarlaşıb.
DÇ-2026-nın ikinci turunda Argentina Avstriya ilə qarşılaşacaq, Əlcəzair isə İordaniya ilə üz-üzə gələcək.