Menyu

"Araz-Naxçıvan" Ülvi İsgəndərovu komandada saxladı

Operativ Media
"Araz-Naxçıvan" Ülvi İsgəndərovu komandada saxladı
1 dəq oxu

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ülvi İsgəndərov yeni mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək. 2024-2025-ci illər mövsümündən “Araz-Naxçıvan”ın heyətində yer alan futbolçu ilə anlaşmanın müddəti 1 illikdir. 

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov və Slavik Alxasovla yeni müqavilə imzalayıb.

Əlaqəli Xəbərlər