Kloze: "Messi mənim Dünya Kubokundakı qol rekordumu qırsa, çox sevinərəm"
Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze Argentina yığmasının hücumçusu Lionel Messinin dünya çempionatlarında vurduğu qolların sayına görə onun rekordunu təkrarlamasına münasibət bildirib.
Operativ Media xəbər verir ki, 38 yaşlı Messi qrup mərhələsində Əlcəzairlə oyunda (3:0) het-trik edib. İndi argentinalının aktivində dünya çempionatlarında vurduğu 16 qol var ki, bu da Klozenin göstəricisi ilə eynidir.
"Messinin qol sayında mənə çatmasına heç bir etirazım yoxdur. Rekordlar qırılmaq üçün var. Messinin bu rekordu təzələməsinə də şad olardım. Mən həmişə Messinin böyük pərəstişkarı olmuşam: o, bir dahidir", – deyə "Ole" Klozedən sitat gətirib.
Dünya çempionatlarının ən yaxşı bombardirləri siyahısında növbəti yerləri 15 qolla braziliyalı Ronaldo, həmçinin hərəyə 14 qolu olan almaniyalı Gerd Müller və fransalı Kilian Mbappe tutur.