Menyu

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniya tutulub

Operativ Media
Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniya tutulub

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Almaniyada tutulub.

Bu barədə Operativ Media-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Almaniyada müəyyən edilən daha bir şəxsin iyunun 18-də Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

90-cı illərin əvvəlində tamah niyyəti ilə maddi sərvət əldə emək məqsədilə digər şəxslərlə cinayət əlaqəsinə girib zorakılıqla bağlı olan basqınla müşayiət olunan quldurluq hərəkətləri edərək, zərərçəkmiş Qurbanəli Mustafayevin sağlamlığına ağır zərər vurmaqla onu qəsdən öldürməkdə (Azərbaycan Respublikasının qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi və 145-ci maddəsinin 2-ci hissəsinin 1,2,3,6,8-ci bəndləri) ittiham edilmiş və 33 il beynəlxalq axtarışda olan Gürcüstan vətəndaşı Şamilov Elşən Həsən oğlunun yeri Almaniyada müəyyən olunub və o, həbs edilib.

Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu, dövlətimizin beynəlxalq nüfuzunu və Almaniya Federativ Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiqləyir.

Şamilov Elşən Həsən oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Almaniyanın Frankfurt şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridaxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər