Menyu

İsland klubu Bakıya getmək istəyən azarkeşlərinə müraciət edib

Operativ Media
İsland klubu Bakıya getmək istəyən azarkeşlərinə müraciət edib

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Vestri” azarkeşlərinə müraciət edib.

Operativ Media xəbər verirki, İslandiya klubunun sosial media hesabı vasitəsi ilə yaydığı müraciət fanatların Bakıya mümkün səfəri ilə bağlıdır. Müraciətdə bildirilib:

“Bakıya getməyə hazırsınız?

“Vestri” klubu Azərbaycandakı Avropa kuboku oyunu üçün ən yaxşı səfər variantlarını araşdırır.

Əgər Bakıya futbol səfərinə marağınız varsa, bunu bizə bildirin. Uçuş xərclərinin təxminən 200-250 min İslandiya kronu (2800 - 3500 manat - red.) olacağı gözlənilir.

Şərhlərdə fikrinizi yazın, sonra bunun mümkün olub-olmadığını birlikdə qiymətləndirərik”.

Qeyd edək ki, “Qarabağ”la “Vestri” arasında ilk oyun iyulun 9-u Bakıda, cavab görüşü iyulun 16-da İslandiyada keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər